1905-1906-cı illər soyqırımı-siyahı

Həmin illərdə erməni silahlı dəstələri tərəfindən törədilən qırğınlar nəticəsində Cənubi Qafqazın 7 şəhəri böyük dağıntılara məruz qalıb

12 qəzada 252 kənd yandırılıb və viran qoyulub, 100 min ailə qəzalardan, bir neçə min nəfər şəhərlərdəki ev-eşiklərindən didərgin düşüb, 10 min nəfər məhv edilib.

1905-1906-cı illərdə ermənilərin törətdikləri qırğınların xronologiyası aşağıdakı kimidir.(N.Mustafa. Ermənilərin 1905-1906-cı illərdə Cənubi Qafqazda törətdikləri qırğınlar. http://files.preslib.az):

Bakı şəhərində

 

1-ci Bakı qırğınları 6-9 fevral 1905-ci il

2-ci Bakı qırğınları 20-30 avqust 1905 -ci il

3-cü Bakı qırğınları 20-25 oktyabr 1905 -ci il

İrəvan şəhərində

1-ci İrəvan qırğınları 20-23 fevral 1905-ci il

2-ci İrəvan qırğınları 23-26 may 1905-ci il

3-cü İrəvan qırğınları 18 sentyabr 1905-ci il

4-cü İrəvan qırğınları 27 may, 8-9 iyun 1906-cı il

İrəvan qəzasında – 1905-ci ilin may-iyun ayları

Naxçıvan qəzasında

Naxçıvan çayının aşağı hissəsində, həm də şəhərdə Cəhri çayının mənbəyində 12 may 1905-ci il

Naxçıvan çayının yuxarı hissəsində 12-18 may 1905-ci il.

Əlincə çayının mənsəbində, Şurut kəndi və Gilan çayı hövzəsində 12-18 may 1905-ci il

Şərur-Dərələyəzdə

Şərurda – 29-31 may 1905-ci il

Dərələyəzdə – may-iyun 1905-ci il

Eçmiədzin qəzasında – 24 may-5 iyun 1905-ci il

Sürməli qəzasında – 2-4 iyun 1906-cı il

Gəncə şəhərində – 18-23 noyabr 1905-ci il

Ərəş qəzasında – 28 noyabr 1905-ci il

Şuşa qəzasında

16-22 avqust 1905-ci il

12-22 iyul 1906-cı il

Xocalıda

avqust-noyabr 1905-ci il

12-18 iyul 1906-cı il

Cavanşir qəzasında – 28 noyabr 1905-ci il

Zəngəzur qəzasında – 29 iyul-29 avqust 1906-cı il

Qazax qəzasında – 18-28 noyabr 1905-ci il