“Media Araşdırmalar və Monitorinq Mərkəzi” əməkdaşlıq memorandumu imzalayıb

"Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyası", "Manisa Azərbaycan Evi" ilə “Media Araşdırmalar və Monitorinq Mərkəzi” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Türkiyənin Manisa şəhərində fəaliyyət göstərən "Manisa Azərbaycan Evi",  "Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyası" ilə Azərbaycan Respublikasının “Media Araşdırmalar və Monitorinq Mərkəzi” arasında gələcək əməkdaşlıq memorandumu imzalanıb.

Sözügedən memorandum tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi, media, diaspor fəaliyyəti və vətəndaş cəmiyyəti sahələrində təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində həmçinin Azərbaycan və Türkiyə ictimai təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi, gənclər, təhsil, mədəniyyət və informasiya mühitində ortaq fəaliyyətlərin təşkili planlaşdırılır.

Bu addım iki qardaş ölkənin QHT-ləri arasında davamlı tərəfdaşlığın qurulmasına və ortaq maraq doğuran sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Həmçinin  "Qaradəniz Konfederasiyasının və Özəl Kent" Kollecinin rəhbəri Hızır Mürtezaoğlu ilə görüşülüb.