“Qərbi Azərbaycana qayıdış, Türk Birliyi” - yeni layihəyə start verildi

“Media Araşdırmaları və Monitorinq Mərkəzi” “Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin maliyə yardımı ilə “Qərbi Azərbaycana qayıdış, Türk Birliyi” adlı layihənin icrasına başlayır. 

Qərbi Azərbaycan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtmasına dəstək üçün həyata keçirilən bu  layihə Türkiyənin İzmir, Manisa şəhərlərində yaşayan Qərbi azərbaycanlıların iştirakı ilə nəzərdə tutulub.

“Media Araşdırmaları və Monitorinq Mərkəzi” bu cür layihələr icra etməklə Azərbaycanın rəsmi qurumları tərəfindən hazırlanan strateji fəaliyyət planına uyğun olaraq insanların dinc şəkildə öz doğma yurdlarına dönmək hüququnu beynəlxalq arenaya daşımaq niyyətindədir.