"iravan2018.com" portalı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017 - ci il üçün elan etdiyi I qrant müsabiqəsində "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyi tərəfindən müsabiqəyə təqdim olunan "İrəvan - 2018 portalının hazırlanması" layihəsi ilə qalib olub. Layihə müddəti 01.04-30.06.2017 - ci il müddətində sayt ilkin variantda hazırlanıb, növbəti layihələrdə təkminləşdirmə işləri aparılaraq, daha da səmərəli fəaliyyət göstərəcəkdir.
Bu gün dünyada silahlı müharibələrdən daha çox informasiya müharibəsi aktuallıq kəsb edir. Dövlət başçısı cənab İlham Əliyevin “Biz informasiya müharibəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik” sözlərini əldə rəhbər tutaraq, düşünürük ki, bu gün Azərbaycanda informasiya müharibəsində iştirak edən internet resurslarının sayı olduqca azlıq təşkil edir. Bizimlə müharibə aparan işğalçı Ermənistan hələ 1992-ci ildən başlayaraq, Azərbaycanın işğal edilmiş və digər ərazilərinin toponim adlarına olan domenləri alıblar. Bu gün dünyanın əsas internet axtarış sistemi olan “Google”də əgər ingilis və digər dillərdə Qarabağla və Azərbaycanla bağlı axtarış verilərsə, ilkin olaraq düşmənin məlumatları üzə çıxacaq. Bu da onun göstəricisidir ki, Ermənistan-Azərbaycan münaqişəsindən məlumat almaq istəyən bir əcnəbi ilkin olaraq, ermənilərin informasiya müharibəsinə hesablanmış resursları ilə tanış olacaq. Azərbaycanda fəaliyyət göstərən saytların bir çoxunda Qarabağ həqiqətləri Qərbi Azərbaycanın işğalı əks edilmir. Saytalarada ümumi yazılar verilir. Azərbaycan torpaqlarının monoetnik dövlət Ermənistan tərəfindən işğalı, Qarabağın tarixi, məruz qaldığımız soyqırım və vandalizm aktları haqda bu qədər materiallarımız olduğuna baxmayaraq, informasiya müharibəsində düşməndən çox geridə qalırıq. Ermənilərin 140-dan çox yalnız Qarabağın həqiqətlərini saxtalaşdıran saytı fəaliyyət göstərir. Bunun qarşısını almaq məqsədi ilə qurulacaq “İrəvan-2018” portalı bütün parametrləri ilə düşmənin saxta təbliğatına qarşı fəaliyyət göstərəcək. “İrəvan-2018” portalının yaradılması üçün biz bir neçə dominlər almışıq.
“İrəvan-2018” Portalı tarixi Azərbaycan torpağı olan İrəvanın geri qaytarılma prosesində üzərinə düşən tarixi missiyanı həyata keçirmək üçün bütün qüvvəsini səfərbər edəcək. Belə ki, fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi "İrəvanı icarəyə vermişdik, indi vaxt tamam olan zaman geri istəyəcəyik" fikrinə uyğun istiqamətdə quracaq olan portalda İrəvanda ermənilər tərəfindən dağıdılan maddi mədəniyyət abidələrinin tədqiqini, eyni zamanda həmin ərazilərdə ermənilərin törətdikləri vandalizmin ifşasını nəzərdə tutur.
Layihənin əsas məqsədi uzun illərdir Ermənistanın Azərbaycan ərazilərinə silahlı təcavüzü nəticəsində müharibə şəraitində yaşayan Azərbaycanın informasiya savaşında müdafiə mövqeyindən hücum mövqeyinə keçməsinin qismən də olsa təmin etməkdir. Bu portal vasitəsi ilə biz dünyaya sübut etməyə çalışacağıq ki, ermənilər Dağlıq Qarabağa iddia etsələr də, hətta onların bu gün paytaxt kimi istifadə etdikləri İrəvan şəhəri belə tarixi Azərbaycan torpağıdır.
Layihənin vəzifəsi “İrəvan – 2018” protalı vasitəsi ilə tarixi Azərbaycan torpaqları olan İrəvan və Qərbi Azərbaycan torpaqları ilə bağlı informativ, ensklopedik bilikləri portal izləyicilərinə Azərbaycan, rus və ingilis dillərində təqdim etməkdir.
Layihənin rəhbəri:
Zaur Qəriboğlu
BİRA ictimai birliyinin sədri
Layihədə çalışanlar:
Cavanşir Hüseynov
Web-dizayner
Qədir Nəsirov
Tərcüməçi - redaktor
Rəsmiyyə Allahverdiyeva
Redaktor