1905-ci il 6-10 fevral erməni-azərbaycanlı munaqişəsi elə həmin il avqust-sentyabr aylarıda Bakida baş vermiş hadisələrin ilk addimi olmuşdur. Senator Kuzminski oz he-sabatında yazir: "Hökümət əleyhinə təşviqat aparmaq üçün bu hadisələrin yaratdığı şəraitdən daha əlverişli şərait təsəvvür etmək cətindir. Həmin hadisələr hakimiyyətin tamamilə aciz olmasını sübut etmək üçün çox zəngin material vermiş oldu. Hakimiyyətin fəaliyyətsizliyi va ozünü itirməsi ona gətirib çixartmişdir ki, taşviqat tamamilə aşkar şəkildə aparılır va cəmiyyətin demək olar ki, bütün təbəqələrini əhata edirdi. Avqustun ortalarında Bakıda konka sürən ermənilər tətil etdi. Onların yerini əsgərlər tutdular. Avqustun 20-da üc nəfər erməni konkaya ataş açmiş, nəticədə konka sürən asgər va azərbaycanlı sərnişinlər hələk olmuşdu. Təxminən eyni vaxtda erməni kilsəsindən zəng eşidildi. Bu, qan tökülməsinə bir növ siqnal idi. Dükançı ermənilər şəhərdə atəş açdılar. Ilk qurbanlar yarandı. Moskvada çıxan "Rus-skoye slovo" qəzeti bu barədə çox qısa məlumat vermişdi: "Avqustun 20-da Bakıda tatarlarla ermənilər arasında atişma başlanmışdir; olanlar var". Neft mədənləri yanırdı. Şəhər təbii fəlakətin və onun əsarətində qalmişdi. Elə həmin "Russkoye slovo" qəzeti yazırdı: "Balaxam, Sabunçu, Ramanı mədən sahəsi bütünlüklə yanmişdir, Bibi Heybat od içindədir. Bakı şəhərinin ozündə böyük yanğın baş, vermişdir... Ayrı-ayrı yerlərdə yanğınlar, çox güman ki, qəsdən yandırılma nəticəsində baslanmışdır". Bu yanğın nəticəsində Baki neft mədənləri demək olar ki, bütün-lüklə ləğv edildi. Mədən əmlakının hissəsi məhv olmuş, məhsuldar quyuların 57%-i, qazma va dərinləşdirmə işləri aparılan quyuların 61%-i yanmisdir. Yanğından dəymiş zərərin ümumi məblği 40 milyon rubla çatmışdır. " Beləliklə, avqust munaqişələri nəticəsində Rusiyanm neft sənayesinə əvəzi ödənilməsi mümkün olmayan zərər dəydi. Bakının ardinca 1905-1906-ci illərdə bütün Qarabağda, Naxçıvanda va Irəvanda qanlı hadisələr baş verdi. Irəvan quberniya jandarmeriyasının rəyisinin polis departa-menti direktoruna siyasi icmalinda erməni-azərbaycanlı münaqisalarinin sabablari tahlil edilir. Hakim dairələrin fikrincə, bu səbəblər aşağıdakılardan ibarət idi: l) millətlərin əsrlərlə davam edən duşmənçiliyi; 2) nadanlıq; 3) iqtisadi zəmində mübarizə: əvvəllər bu diyarin sahibi olmuş tatarlar özlərinin ətaləti, təhsil almağa va sahibkarlığa cəhd etməməsi ucbatından son vaxtlarda öz hegemonluğunu sürətlə itirmişlər – demək olar ki, bütün ticarət və sənətlərin əksəriyyatı ermənilərin əlinə keçmişdir, tatarlar isə bu vəziyyətlə hec cür barışa bilmirlər; 4) hər iki millətin, xüsusən ermənilərin yaramazları tərəfindən provokasiya".