Ermənilər tərəfindən türklərə qarşı törədilən qətliamlar yalnız Anadoluda deyil, Qafqazda və Azərbaycan ərazilərində də davam etmişdir.
Prof.dr. Fəxrəddin M. Kirzioğluna istinadən bu mövzuyla bağlı məlumat və sənədləri aşağıda təqdim edirik:
“ 1919-cu ilin avqust ayında ermənilər öz hərbi dəstələri ilə birlikdə Naxçıvan və Şərur ətrafındaki 45 kəndə hücum etdilər ve dəmir yolunun yaxınlığında yerləşən kəndləri zirehli vaqonlardan atəşə tutdular.
1920-ci ildə may ayının sonlarında ermənilər İrəvanda Uluxanlı yaxınlığındakı Qaradağlı adlı müsəlman kəndinin əhalisini zorla evlərindən çıxararaq mallarını qarət etdilər və onları yerlərini tərk etməyə məcbur etdilər.
1920-ci ildə may ayının 23-dən 24-nə keçən gecə 300-dən çox erməni atlısı Uluxanlıdan 5 km şimalda yerləşən Cebeçalı kəndini mühasirəyə alaraq əli silah tutan müsəlmanları bir yerə toplayıb hamısını süngüdən keçirdilər.
1920-ci ilin 27 iyun gecəsində yenə İrəvanda Hacbayram ve Haberbeqli kəndlərinə basqın edən ermənilər əhalinin bütün mallarını talan edib bir çoxunu öldürdülər, sağ qalanlar qırğından canını qurtarmak üçün Araz çayı ilə cənuba keçərkən ermənilərin hücumu nəticəsində boğuldular.
Azərbaycan və başqa yerlərə getmək üçün İrəvandakı Azərbaycan səfirliyindən pasport alaraq İrəvandan qatarla Gəncəyə gedən 500 müsəlman Gümrü yaxınlığında vaqonlardan düşürülərək qətlə yetirildi.
1920-ci ilin 6 aprelində ermənilər müxtəlif rütbəli hərbçilərdən ibarət nizamlı birlikləri ilə Zəngəzur, Ordubad, Vedi bölgələrindəki müsəlman kəndlərinə hücum edərək zorakılıq və vəhşiliyin ən iyrənç formalarını, bəşəriyyətin nifrət edəcəyi alçaqlıqları törətdilər.
1920-ci ilin 16 aprel gecəsində İrəvan şəhərindən 15 dəqiqəlik məsafədə yerləşən Haçaparak kəndindəki müsəlman əhaliyə hücum edən ermənilər xalqı kütləvi şəkildə qırmağa cəhd etdilər. Bu amansız vəhşilikdən qaçıb canını qurtara bilməyən 6 nəfər kişini xəncərlərlə qətlə yetirdilər. Qadın və qızların namusuna təcavüz edərək daha sonra yandırıb və ya öldürdülər. Evlərin hamısı qarət edildi”. (http//www.ermenisorunu.gen.tr )