Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019– cu il üçün elan etdiyi I qrant müsabiqəsində “"Virtual mübarizə" mövzusunda tədbirlərin təşkili layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi (BİRA) layihənin icrası ilə bağlı 15 may 2019 - cu il tarixində Bakı Humanitar Kollecində “Virtual mübarizə” adlı ilk tədbirini keçirirdi.
Tədbiri giriş sözü ilə kollecin tədris işləri üzrə direktor müavini Rasim Rzaxanov açaraq bu gün təşkil olunan tədbirin gənclərimiz üçün nə qədər vacib olduğunu bildirdi. Bu cür maarifləndirici tədbirlərin Azərbaycanın gəncliyinin informasiya müharibəsində iştirakında aktivliyini təmin edəcəyini bildirdi.
Daha sonra söz tədbirin təşkilatçısı Zaur Qəriboğluna verildi.
BİRA ictimai birliyinin sədri Zaur Qəriboğlu iştirakçıları salamlayaraq bildirdi ki, ''Müasir dünyada informasiya mübadiləsi yüksək effektli əməkdaşlığa imkan yaradır. Bugünkü günümüzdə informasiyanın gücü ən yüksək texnologiyalarla hazırlanmış müasir silahlardan da güclüdür. Buna görə də təşkilatımızın əsas məqsədi dünyada, eləcədə ölkəmizin yerləşdiyi Avrasiya regionunda, münaqişə zonalarından düzgün informasiyaların yayılmasına yardım etməkdiir. Bütün sahələrdə naliyyətin əldə olunmasında əsas rolu məhz, ideoloji iş tutur. Bu üzdən də “Virtual müharibə” adı altında informasiya müharibəsində cəmiyyətin maarifləndirilməsini vacib hesab edirik. Bu gün Azərbaycan Respublikasının ərazisinin 20 faizinin təcavüzkar Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilməsi, 1 milyondan çox qaçqın və məcburi köçkünün olması, hələ də insanlarımızın erməni əsir və girovluğunda qalması, ölkə olaraq, bizim haqq səsimizin dünyaya çatdırılması istiqamətində çox ciddi, planlı, sistematik işlər görməyimizi bizdən tələb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnformasiya müharibəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik” sözlərini rəhbər tutaraq, sadalananları həyata keçirmək üçün əsas istiqamət xəttimiz Azərbaycan dövlətinin siyasi kursuna uyğun fəaliyyət göstərməkdir. Bu gün hər hansı bir məlumatı bilmək, öyrənmək üçün ilk öncə internetdə axtarış veririk, informasiyanı internetdən alırıq. Lakin bu gün gənclərimizin əksəriyyəti Azərbaycanın qalibiyyəti üçün informasiya müharibəsində iştirak etmirlər. Bu gün gənclərimiz daha çox mənəviyyatlarına mənfi təsir göstərən, arzuolunmaz təsirlərə gətirib çıxaran internet saytlarına, internet məkanındakı müxtəlif səviyyəsiz oyunlara meyillidirlər. Demək olar ki, gənclər informasiya müharibəsi haqqında az məlumatlıdır, yaxud da yanlış məlumatlıdırlar. Ermənistan 100 il öncə informasiya müharibəsinə başladığı üçün bu gün dünyada bizdən çox öndədir. Bu gün istər internet məkanında, istərsə də real həyatda düşmənin informasiya müharibəsindəki sistemli fəaliyyəti bizim üçün yüz illər sonranın məğlubiyyətini hazırlayır... Əslində 3 əsrlik bir müharibənin acı nəticələri ilə üz-üzə qalan bizlərin bu gün əlində olan canlı resurslar və ya arxiv materialları Ermənistanın əlində olsaydı, bütün dünyanı ayağa qaldırmağı da bacarardı. Bu üzdən də indidən gənclər arasında informasiya müharibəsi sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi çox önəmlidir. Belə ki, 2018 – ci ilin sonlarında qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “prezidenti”nin Fransaya səfəri, Fransanın iki şəhərinin qondarma qurumla dostluq xartiyası bağlaması, ABŞ-ın Koliforniya ştatının mərkəzi küçəsinə “Artsax” adının verilməsi informasiya müharibəsində zəif olduğumuzun göstəricisidir. Yəni bütün bu baş verənlərə informasiya məkanında Azərbaycan tərəfdən heç bir təpki göstərilmədi. Bu gün biz bu informasiyalara duruş gətirə bilən sistem formalaşdıra bilməmişik. Bu gün baş verənlərə susqunluğumuz isə sabahkı məğlubiyyəti hazırlayır. Biz bu gün internet məkanının imkanlarından öz maraqlarımızı təmin etmək, eləcə də problemlərimizin həlli istiqamətində maksimum dərəcədə yararlanmalıyıq.''
Daha sonra çıxış edən '' Dinc Dünya'' Araşdırma Mərkəzinin sədri Əlisəfa Mehdiyev dünyanın kiçik bir smartfon telefona sığdıgını vurgülayaraq bildirdi ki, sosial şəbəkələrdən istifadə edən gənclərimiz bu yöndə diqqətli olmalı, ölkəmizin nüfuzuna xələl gətirəcək hər hansı bir məlumatı yaymaqla düçmənə kökəklik etdiklərini bildirdi.
''Müharibə Veteranı Qadınlarına Sosial Yardım'' ictimai birliyinin sədri Radə Abbas da öz çıxışında qeyd etdi ki gənclər bu yöndə daha aktiv olmalı informasiya savaşında ölkəmiz adına düzgün təbliğat aparmaqda maraqı olmalıdırlar.
Tədbirdə iştirak edən tələbələr layihə çərçıvəsində Feysbuk sosial şəbəkəsində yaradılmış "Virtual mübarizə" adlı qrupa üzv olaraq informasiya savaşında dəstək göstərəcəklərini bildirdilər.
Sonda kollecin nümayəndəsinə hədiyyələr təqdim olundu.