Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018 – ci il üçün elan etdiyi I qrant müsabiqəsində “ "İrəvansız 100 il" mövzusunda tədbirlərin təşkili sosial şəbəklərdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi 01.05.2018-ci il tarixində silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Pedoqoji kollecində növbəti tədbirini keçirmişdir.
Tədbiri giriş sözü ilə açan BİRA ictimai birliyinin sədri Zaur Qəriboğlu tarixi faktlara əsaslanaraq qədim Azərbaycan torpağı olan İrəvanın Ermənistana güzəştə gedilməsindən danışıb: 2018 – ci il Azərbaycan tarixində mühüm illərdən biri hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla birgə bir çox dövlət qurumlarının da 100 illik yubiley bayramlarıdır. Amma bu bayramlarla yanaşı bu gün Azərbaycan torpaqlarının 20 % - ni işğal altında saxlayaraq, torpaqlarımıza ərazi iddiası edən Ermənistanın bir dövlət olaraq var olma səbəbinin məhz, yenə, Azərbaycan torpağı olan İrəvanın onlara güzəştə gedilməsinin 100 ili 29 may tarixində tamam olacaq. Lakin zamanında ərazisi 9 min kv metr olan Ermənistanın bu gün isə ərazisi 30 min kv metrdən çoxdur. Sovet hakimiyyəti illərində Qars müqaviləsinin bütün müddüaları pozularaq, Azərbaycan əraziləri ermənilərə güzəştə gedilib.
“Tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərərk, işğalçılıq siyasəti aparıblar. Ölkə başçısı cənab İlham Əliyevin: “Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq” fikrinə dayanaraq, biz QHT və ictimaiyyət nümayəndələrinin də üzərinə düşən vəzifə borcudur ki, informasiya məkanında ölkəmizin haqlı mövqeyini müdafiə edək, cənab prezidentin bu istiqamətdə apardığı uğurlu siyasətə ictimai dəstəyi artıraq. Bizim təşkilatın da əsas məqsədi məhz, informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdır” – deyən layihə rəhbəri əsas məqsədi bu gün Qarabağa iddia edən ermənilərin əslində, paytaxt kimi istifadə etdikləri şəhərlə yanaşı, Zəngəzur, Göyçə, Dərələyəz və s ərazilərin Azərbaycana məxsus olduğunu göstərməkdir.
Bu gün bəziləri düşünur ki irəvan Ermənilərə icarəyə verilib lakin bu səhv fikirdir. O vaxtki şərait və şərtləri nəzərə aldıqda bunun labud olduğunu və tarixi qaçılmazlıq olduğunu vurğulayan təşkilat sədri vaxtı gəldiyində bizim o torpaqlara qayıdacağımızı qeyd etdi.