"Regionun babası Türkiyədir"

Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyə dəstəyi ilə Media Araşdırmaları və Monitorinq Mərkəzinin “Azərbaycana qarşı qərəzli və ikili yanaşmaların qarşısının alınması istiqamətində təşəbbüslər” adlı layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Verilişdə beynəlxalq təşkilatların Azərbaycana təzyiqlərindən danışılıb.
 
Azərbaycan xalqı bu gün ədalətsiz dünya ilə üz-üzədir. Bütün sənədlər, faktlar Azərbaycanın xeyrinə olduğu halda bu gün də müxtəlif təşkilarlar ikili standartlar həyata keçirirlər. Müzakirələr apararaq Azərbaycanı nələrdəsə ittiham etməyə çalışırlar. 
 
35 ildən çoxdur ki,  Azərbaycan  dünya güclərinin ikili  standartları ilə üzləşir. Biz bunları həm BMT-nin qətnamələri fonunda, həm də ATƏT- in  Minsk qrupu həmsədirlərinin yanaşmalarında gördük.  Azərbaycan belə demək olarsa hər zaman ikili standarların hədəfində olub. Bütün bunlara baxmayaraq Azərbaycan diplomatiyası masalarda, hesabatlarda çalışır ki, Azərbaycanın mövqeyini gücləndirsin. Azərbaycan təkcə diplomatiyada deyil, həmçinin ordu sahəsində də güclənir.
Amma unutmaq olmaz ki, müsəlman- xristiyan amili hər zaman var. Bu təşkilatların yerləşdiyi dövlətlər türkləri həzm etməyən dövlətlərdir.  Və bunların da başında gedən Fransadır.
Bu cür yanaşmalar hər zaman olub, olacaq.  Bu gün rahatlıqla deyə bilərik ki, regionun babası Türkiyədir.
 
Verilişin tam versiyasını aşağıdakı linkdən izləyə bilərsiniz: