Bu gün Azərbaycan qalib dövlət olsa da, böyük güclər bunu qəbul etməkdə çətinlik çəkir. Xüsusi ilə Rusiyanın mövqeyi son zamanlar hər birimizi narahat edir. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota verməyə məcbur oldu. XİN-in verdiyi notadan da bəlli olur ki, Ermənistan separatçıların qaldığı bölgələrə müxtəlif yollarala hərbi texnika, silah daşıyır. Və bu Laçın dəhlizi vasitəsi ilə Rusiya sülhməramlılarının nəzarəti altında baş verir. Bu isə ümumilikdə 10 noyabr bəyanatının 6-cı bəndinin pozulması və əməl olunmaması deməkdir. Azərbaycana qarşı olan əks mövqelər hələ də erməni separatçılarının qaldığı əraziləri “ respublika” kimi qələmə verməyə çalışırlar ki, bu da ermənilərin sülh müqaviləsini imzalamamasına stimul verir.
Azərbaycanın müharibədən sonrakı dövrdə apardığı mübarizənin gücləndirilməsini, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində “Media Araşdırmaları və Monitorinq Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Post- münaqişə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq platformalarda yayılması” adlı layihə çərçivəsində Reaksiya TV-nin efirinfə yayımlanan növbəti verilişində deputat Ceyhun Məmmədov da bildirib ki, bu gün Azərbaycanın ünvanına bu cür ittihamların səsləndirilməsi son dövrlərdə xarakterik hal alıb. Belə olan halda sual yaranır; Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanata özü əməl etmir?
Azərbaycan hər vəcdlə Rusiya ilə münasibətləri nizamda saxlamağa çalışır. Lakin Rusiyanın bu cür yanaşması belə bir fikir yaradır ki, özünün vasitəçiliyin ilə imzalanan sənədin onlar üçün heç bir əhəmiyyəti yoxdur.
Belə olan halda təbii ki Azərbaycan nota verməli, öz haqlarını müdafiə etməlidir. Rusiya artıq müəyyənləşdirməlidir ki, bu gün belə halların olması qəbul edilən deyil.- deyə deputat bildirib
Sülhməramlı kimi Qarabağda üzərinə böyük bir missiya götürən Rusiya açıq-aşkar Azərbaycan həqiqətlərini rəsmi kanalları vasitəsi ilə təhrif edir.