Son illər dünyada və regionda baş verənlər onu göstərir ki, artıq dünyanın düzəni dəyişir.Bu proses olduqca sürətlə baş verir.Bu məqamda dövlətimizin yaşaması, qalib olması, dünya düzənin yeniləşməsində önəmli yer ala bilməsi, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması çox vacib və prioritet məsələdir.
Bu baxımdan “Media Araşdırmaları və Monitorinq Mərkəzi” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Post- münaqişə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq platformalarda yayılması” adlı layihə çərçivəsində öz üzərinə düşən işi yerinə yetirməyə çalışır.
Belə ki, ReaksiyaTV-nin efirində yayımlanan verilişlərdə xaricdə yaşayan həmyerlilərimiz, ziyalılarımızla dünya ictimaiyyətinin diqqətini ölkəmizə yönəltməyin yollarını, ölkəmizə qarşı haqsızlıqların aradan qaldırılması yolları müzakirə olunur. Budəfəki qonağımız Polşada yaşayan həmyerlimiz, siyasi şərhçi Kamran Sultanlıdır. Onunla son günlər Ermənistanın silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlar və Ermənistanın sülhdən boyun qaçırması müzakirə olunub.