Müsəlman Milli Şurasının 7 iyun 1918-ci il tarixdə Tiflis şəhərində keçirillmiş iclasının 5 №-li P R O T O K O L U

Sədrlik edirdi Yoldaş Sədr M.H.SEYİDOV, MAHMUDOVUN katibliyi ilə.

            İştirak edirdilər: 1/ F.X.XOYSKİ, 2/ M.Y.CƏFƏROV, 3/ Q.S.QƏNİYEV, 4/ X.B.SULTANOV, 5/ AĞAMALOV S., 6/ Ə.ŞEYXÜL-İSLAMOV, 7/ M.HACINSKİ, 8/ H.MƏMMƏDBƏYOV, 9/ VƏKİLOV R., 10/ H.M.S.AXUND-ZADƏ, 11/ H.ŞAHTAXTİNSKİ, 12/ B.RZAYEV, 13/ AHİDCANOV, 14/ MƏLİK-YEQANOV, 15/ M.HACIBABABƏYOV, 16/ M.RÜSTƏMBƏYOV, 17/ XASMƏMMƏDOV, 18/ MƏHƏRRƏMOV və 19/ ŞƏRİFOV.

           Sədrlik edən Hökumətin Nazirliklərə və İdarələrə tövsiyyə edilən müvəkkillərin siyahısını elan etdi və həmin sənəd Şura tərəfindən bəyənildi. Bundan sonra Sədr AĞAYEV Yoldaşın Yoldaş Şura Sədri vəzifəsini öz üzərindən götürməsi barəsindəki ərizəsi səsləndirilir. AĞAYEVİN ərizəsinin məzmunu haqqında Hökumət başçısı Xan XOYSKİNİN izahatını dinləyərək, Şura yekdilliklə QƏRARA ALDI: AĞAYEVİN istefası qəbul edilməsin və ondan xahiş edilsin ki, Şurada işini Yoldaş Sədr qismində davam etdirsin.

           Bundan sonra Hökumət Başçısı XOYSKİNİN Hökumət nümayəndələrinin Erməni Milli Şurasının nümayəndələri ilə İrəvana dəmir yolunun açılması və Erməni və Müsəlman Milli Şuralarının Bakı hadisələrinə və onun bolşeviklərdən azad olunmasına münasibəti barəsində məlumatı dinlənildi.     

           Bu məsələlər üzrə Şuranın diqqətinə təklif olunmuş tədbirlər …………………. Bakıya səfər etmək üçün qarışıq tərkibdə nümayəndə heyətinə Müsəlman Milli Şurasının nümayəndələri HACIBABABƏYOV M. və H.MƏMMƏDBƏYOV seçilmişlər.

           İrəvana yolun açılması və müsəlman əhalisinin olduğu ərazidən keçən bu xətdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məsələsi isə həll olunması üçün Hökumətə verilmişdir.

           Bundan sonra isə Şuranın bəzi üzvlərinin dieta haqqında şifahi bəyanatları dinlənilmişdir. Şura bu məsələdə Şura üzvlərini Azərbaycan Respublikasının vəsaitlərindən təmin etməklə Seym tərəfindən qəbul olunmuş qaydanı qüvvədə saxlamağı qərara aldı, NAKAŞİDZENİN onun öldürülmüş atına görə əlavə məbləğlə /artıq onun almış olduğu 1500 rubla əlavə/ təmin edilməsi barədə xahişi dinlənilmişdir.

           Şura onun xahişini təmin etmədən saxlamışdır. Şuranın bu il 1 iyun tarixli qərarına uyğun olaraq İrəvana nümayəndələrin göndərilməsi məsələsi ilə bağlı qızğın müzakirələr yarandı, həm də İrəvan qub. nümayəndəsi RZAYEV aşağıdakıları bəyan etdi:

“Mən əminəm ki, Sizlərdən heç kim İrəvan quberniyasına getməyəcək, oraya biz İrəvanlılar, mən və SEYİDOV gedəcəyik; amma Sizdən bir şeyi xahiş edirik: öz müstəqil Azərbaycanınızı yaradandan sonra bizi, Ermənistan Respublikasının ərazisində qoyulmuşları yaddan çıxarmayın”.

 

                                            Yoldaş Sədr M.SEYİDOV   

                                                    Katib MAHMUDOV

 

                                                                                                                                                                                        ARDA, f. 970, s. 1, s.v. 1, səh. 55, 56