Sədrlik edirdi Yoldaş Sədr AĞAYEV H.B., M.Mahmudovun katibliyi ilə. İştirak edirdilər: 1/ Xasməmmədov X.B. 2/ Fətəli Xan Xoycki, 3/ Cəfərov M.Y., 4/ Məlik-Yeqanov, 5/ Hacıbabayev, 6/ Hacınski C.B., 7/ Hacınski M., 8/ Usubbəyov N.B., 9/ Vəkilov R., 10/ Rüstəmbəyov Ş., 11/ Axund-zadə H.M.S., 12/ Qardaşov A., 13/ Mahmudbəyov Ə., 14/ Ahidcanov, 15/ Məmmədbəyov, 16/ F.B.Köçərlinski, 17/ M.H.Seyidov, 18/ B.Rizayev, 19/ S.M.Qəniyev, 20/ S.A.Ağamalov, 21/ Məlik-Aslanov, 22/ A.Şərifov, 23/ M.Məhərrəmov, 24/ N.B.Nərimanbəyov, 25/ T.B.Makinski, 26/ H.B.Şaxtinski.
Sədr Ağayev tərəfindən “Hümmət” partiyasının partiyanın üzvü Cəfər Axundovun partiya tərkibindən və bunula birlikdə Milli Şuradan getməsi və sonuncuya partiyanın növbəti namizədi vət. K.B.Camalbəyovun daxil olması haqqında 31 may 1918-ci il tarixli 37 №-li kağızlar elan olundu. Şura tərəfindən bu xəbər məlumat üçün qəbul edildi.
Ikinci olaraq Milli Şuranın İrəvanlı üzvləri Mirhidayət Seyidovun, Bağır Rzayevin və N.B.Nərimanbəyovun İrəvan şəh. Ermənistana güzəşt edilməsi barədə imzaladıqları etiraz səsləndirildi. Milli Şura etirazın müzakirə olunmadan protokola əlavə edilməsini qərara aldı.
Bundan sonra Şura üzvü Qardaşovun Zaqatala dairəsinin bu və ya başqa tərəfə /Azərbaycana və Dağıstana/ birləşdirilməsi məsələsinin bundan sonra bu məsələnin yerlərdə əhali tərəfindən həllinə qədər açıq saxlanılması barəsindəki etirazı səsləndirildi. Etiraz Şura tərəfindən qəbul edilir və protokola əlavə olunur. Sonra Zaq.DY baş Yol İcraiyyə Komitəsinin 29 may 1918-ci il tarixli 352 №-li kağızı elan edildi /Mətnə bax/. Şura bu yazışmanın rəy üçün Yelisovetpol Milli Komitəsinə göndərilməsini qərara aldı, dəmiryolunun İcraiyyə Komitəsini isə məlumatlandırmaq lazımdır, xəbər verməklə ki, bizim haqqımızdakı məhkəmənin aşkarlığı və ümumxəlqiliyi təmin olunacaqdır.
Bunun ardınca Yelisovetpoldan qayıtmış Usubbəyov Nəsib Bəy Yelisovetpoldakı vəziyyət barəsində Rüstəmbəyov tərəfindən tamamlanan ətrafl məruzə etdi. Məruzənin məzmunu ətrafında müzakirələr açıldı ki, bunun nəticəsində Şura Usubbəyovun Batuma Müsəlman nümayəndəliyinin məlumatlandırılması üçün göndərilməsini qərara aldı. Daha sonra Sədr tərəfindən Gürcüstan Respublikasının Hökumət Sədrinin iki təcili kağızı oxunmuşdur /kağızın məzmununa bax/. Şura bu hər iki kağızı baxılması və həlli üçün Hökumətə verilməsini qərara alır.
Şura üzvləri İrəvan şəhərinin Ermənistan Federasiyasına güzəşt edilməsi məsələsi ilə bağlı və qaçqınlara köməyin təşkili üçün İrəvana nümayəndəliyin göndərilməsi zəruriyyəti barəsində məsələ qaldırırlar. Təklif qəbul edilir və nümayəndəliyin tərkibinə seçilirlər: 1/ M.H.Seyidov, 2/ M.Rzayev, 3/ M.Y.Cəfərov.
Sonra Hökumətin Sədri Hökumətin sərəncamına bir milyon rubl məbləğində kredit ayrılması haqqında əsaslandırılmış məruzə edir. Şura yekdilliklə Hökumətə bir milyon rubl məbləğində kredit açmağı qərara alır ki, bu barədə Gürcüstan Respublikasının Hökumətinə, hansınınkı sərəncamında hələki maliyyə müəssisələri mövcuddur, məlumat veriləcəkdir.
Son olaraq zabit Nakaşidzenin atının bolşevik hərəkatı zamanı Hacıqabul rayonunda öldürülməsinə görə ona dəymiş ziyanın ödənilməsi haqqındakı ərizəsinə baxılmışdır. Şura adı çəkilmiş şəxsə 1500 r. məbləğində vəsaitin verilməsini qərara aldı.
Şuranın sədri /İmza/
Katib /İmza/
ARDA, f. 970, s.1, s.v. 1. səh. 53, 54