Müsəlman Milli Şurasının 29 may 1918-ci il tarixdə Tiflis şəhərində sarayda keçirillmiş iclasının 3 №-li P R O T O K O L U

 Sədrlik edirdi Yoldaş Sədr AĞAYEV Həsənbəy, M.Mahmudovun katibliyi ilə; iştirak edirdilər: F.X.Xoyski, 2/ M.Y.Cəfərov, 3/ M.B.Hacinski, 4/ M.b.Hacinski, 5/ Al.B.Mahmudbəyov, 6/ F.b.Köçərlinski, 7/ C.Məlik-Yeqanov, 8/ R.B.Vəkilov, 9/ H.B.Şahtaxtinski, 10/ Ax.Axundov, 11/ M.K.Məmmədbəyov, 12/ Ə.Şeyxül-İslamov, 13/ M.Məhərrəmov, 14/ b.Xasməmmədov, 15/ X.b.Məlik-Aslanov, 16/ C.b. Hacinski, 17/ S.A.Ağamalov, 18/ Şərifov.

       İclasın açılışı zamanı Şura üzvü F.X.Xoyski Şuraya Şura nümayəndələrinin Erməni Milli Şurası nümayəndələri ilə Azərbaycan və Ermənistan federasiyalarının sərhədləri barədə danışıqların nəticələri haqqında məruzə edir. F.X.Xoyski məruzəsini belə bir məlumatla yekulaşdırır ki, erməni federasiyası yaratmaq üçün onlara siyasi mərkəz lazımdır, Aleksandropolun Türkiyəyə keçməsindən sonra belə mərkəz yalnız İrəvan ola bilər, ona görə də, Xoyski deyir, İrəvanın ermənilərə güzəşt edilməsi qaçılmazdır.

       Bu məsələ ilə bağlı X.b.Xasməmmədov, M.Y.Cəfərov, Şeyxül-İslamov /sonuncu “Hümmət” partiyası adından/, M.Məhərrəmov /Sos. Mus. Bloku adından/ fikirlərini bildirməklə İrəvanın ermənilərə güzəştə gedilməsinin tarixi zəruriliyət, labüd iş olduğunu qəbul etdiklərini demişlər. Bu məsələnin səsverməyə buraxılması aşağıdakı nəticələri verdi: İrəvanın güzəşt edilməsinin lehinə cəmi 28-dən 16-sı səs verir; əleyhinə bir, üç nəfər bitərəf qalır.

       Bundan sonra ermənilərlə konfederasiya yaradılması haqqında məsələ müzakirəyə qoyuldu: qısa fikir mübadiləsibdən sonra bu məsələ səsverməyə çıxarıldı, həm də Azərbaycanın və Ermənistanın gələcək quruluşunun bu cür qaydası Şura tərəfindən yekdilliklə qəbul edildi. Daha sonra Şura üzvü F.X.Xoyski Teymurbəy MAKİNSKİNİN kooptasiya yolu ilə Milli Şuranın tərkibinə cəlb edilməsi haqqında təklif irəli sürür ki, bu da Şura tərəfindən yekdilliklə qəbul edilir.

 

                                                             Sədr  /İmza/

 

                                                             Katib /İmza/   

 

                                                                                             ARDA, f. 970, s.1, s.v. 1, səh. 51, 52