Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018 – ci il üçün elan etdiyi I qrant müsabiqəsində “ "İrəvansız 100 il" mövzusunda tədbirlərin təşkili sosial şəbəklərdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi 07.05.2018-ci ildə 274saylı tam orta məktəbin akt zalında “İrəvansız 100 il” mövzusunda növbəti tədbirini keçirdi. Bu münasibətlə Prezident mükafatçısı, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədri, ədəbi işçi, jurnalist Zaur Qəriboğlu, “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas və Dünya Sülh Səfiri Tamella Fərazi 274 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbirində iştirak etdilər. “İrəvansız 100 il” adlı tədbiri məktəbin təşkilati-işlər üzrə direktor müavini Emilya Əliyeva açıq elan etdi və tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Çıxış üçün söz məktəbin direktoru Səfa Xəlilova verildi. İxtisasca tarix müəllimi olan Səfa Xəlilov İrəvanın tarixi haqqında geniş məlumat verdi. Sonra söz gələn qonaqlara verildi.
Məktəbimizin yetirməsi olan Zaur Qəriboğlu ilk növbədə yaradılan şəraitə görə məktəbin direktoru Səfa Xəlilova təşəkkür etdi. Özünün vətənpərvər bir şəxs kimi formalaşmasında ona dərs deyən müəllimlərin böyük əməyi olduğunu qeyd edərək , ən çox sevdiyi müəllimi Yeganə Əliyevanın adını vurğuladı. Əlavə olaraq qeyd etdi ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi informasiya müharibəsi sahəsində maarifləndirmə işi və ölkəmizə qarşı fəaliyyət göstərən antiazərbaycan siyasətinə qarşı mübarizə aparmaqdan ibarətdir.
Sonra qadın döyüşçü Radə Abbas çıxış edərək məktəbliləri Vətəni sevməyə , Vətən üçün lazım gələrsə canından keçməyə hazır olmağa səslədi.
Tədbirin sonunda “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi tərəfindən məktəbin direktoru Səfa Xəlilova və məktəbin təşkilati-işlər üzrə direktor müavini Emilya Əliyevaya , habelə məktəbin ictimai işlərində , eləcə də vətənpərvərlik təbliğ edən tədbirlərin təşkilatçısı olduğu üçün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Əliyevaya Təşəkkürnamə təqdim edildi.