Son zamanlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur.
Ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub.
Bütün bunları görüb necə demək olar ki, Ermənistan sülh istəyir.
Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanın silahlandırılması xoşagələn hal deyil. Hindistandan alınan silahlar Fransanın lisenziyası ilə istehsal edilir. İndi həmin silahlar İran üzərindən Ermənistana daşınır. Hər üç dövlət Ermənistanın məkrli niyyətini açıq şəkildə dəstəkləyir. Və görünən odur ki, Ermənistan sülh danışıqlarında konstruktivlik yaratmaq istəmir.
Verilişin tam versiyasını aşağdakı linkdən izləyə bilərsiniz.